
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi açıq tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, ANAMA-nın 46 min 215 manat 88 qəpik dəyərindəki tender müsabiqəsinin qalibi “Universal-RA” MMC (VÖEN – 1301581481) olub.
“Universal-RA” MMC ANAMA-ya itlər üçün aksesuarlar (xalta, kəmər, top, daraq, dəri əlcək, corab, su və yem qabı və s.) satacaq.
Məlumat üçün bildirək ki, ANAMA-ya itlər üçün aksesuarlar satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.
Onu da bildirək ki, ANAMA “Universal-RA” MMC-dən 2024-cü ildə 152 min 715 manat 60 qəpik, 2025-ci ildə isə 86 min 549 manat 46 qəpik dəyərində itlər üçün aksesuarlar satın alıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz