Rəsmi Bakı Qazağıstana başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında məlumat dərc olunub.
“İtkin düşənlərin təhlükəsiz şəkildə xilas edilməsinə, eyni zamanda, xəsarət alanların tezliklə sağalmasına ümid edirik”, - məlumatda deyilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə hadisə ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.
“Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”, - başsağlığında qeyd edilib.
Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb, itkin düşənlər var.

DİGƏR XƏBƏRLƏR

Top