
Qazaxıstanın Manqistau vilayətində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbi qulluqçu Xəzər dənizinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 9-u həlak olub, daha 3 nəfər xilas edilib, digərlərinin axtarışı davam etdirilir.
Məlumata görə, hərbi qulluqçuların axtarışına Qazaxıstan Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin bölmələri, eləcə də aviasiya qüvvələri cəlb olunub.
Tətbiqimizi yükləyə bilərsiniz