
Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iclas zalında olmamasına dair məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, APA İran Prezidentinin çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair səslənən iddiaları dezinformasiya adlandırıb.
Agentliyin məlumatına görə, sözügedən xəbərlər feykdir:
“Məsud Pezeşkianın ötən gün BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda olub.
Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi bildirilib.
Azərbaycanın nümayəndə heyətinin zalı tərk etməsi barədə məlumat həqiqəti əks etdirmir”.
Tətbiqimizi yükləyə bilərsiniz