İran Trampın miqrantlarla bağlı qərarına cavab verməyə hazırlaşır

Trampın ABŞ-a miqrantların girişini qadağan etməsinə cavab olaraq İran öz vətəndaşlarının maraqlarını müdafiə etmək üçün tədbirlər həyata keçirəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xaricdə yaşayan vətəndaşlarının müdafiəsi məqsədi ilə İran xarici işlər nazirliyinin nəzdində xüsusi komitə yaradılıb. Nazirliyin əməkdaşı Bəhram Qasemi deyib ki, Komitə artıq öz işinə başlayıb. O, vəziyyətin dəyişməsi ilə bağlı qurumun müvafiq həll yolu tapacağına ümid etdiyini xüsusi qeyd edib: "İran Trampın miqrantların ABŞ-a buraxılmaması ilə bağlı imzaladığı qərara qarşı müvafiq cavab tədbirləri həyata keçirəcək". Xatırladaq ki, ötən həftə Tramp İran da daxil olmaqla 7 müsəlman ölkəsindən olan miqrantların ABŞ-a girişinə qadağa qoyulmasını nəzərdə tutan fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top