“Əldə etdiyim məlumata görə, hərbçilərin maaşları artırılır”


Azərbaycan Ordusunda maaş və pensiyalar qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır. Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır”.
Yeniavaz.com
xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz sosial media hesabında yazıb.
O bildirib ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq:
“Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır”.
Ekspert bildirib ki, Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşəcək və tam rəqəmsallaşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top