ABŞ-də adambaşına düşən dövlət borcu Azərbaycandan 76 dəfə çoxdur – Ölkələrin siyahısı


Adambaşına düşən dövlət borcunun həcminə görə ABŞ və Yaponiya ilk iki sırada qərarlaşıb.
Yeniavaz.com
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına istinadən xəbər verir ki, ABŞ-də bu göstərici 113 348 dollar, Yaponiyada isə 110 667 dollar təşkil edir.
Məlumatlara əsasən, İtaliyada adambaşına düşən dövlət borcu 94 002 dollar təşkil edir. Bu göstərici Almaniyadakı 47 619 dollarlıq borcdan təxminən iki dəfə çoxdur.
Belçikada adambaşına düşən dövlət borcu 82 089 dollar olduğu halda, Niderlandda bu rəqəm 42 114 dollar təşkil edir.
Müqayisədə ən yüksək göstərici ABŞ-yə, ən aşağı göstərici isə Türkiyəyə aiddir.
OECD-nin məlumatlarına görə, təşkilata üzv ölkələrdə dövlət istiqrazları üzrə ödənilməmiş borcun həcmi 2025-ci ildə 61 trilyon dollara çatıb. Bu rəqəm bir il əvvəl 55 trilyon dollardan çox olub.
Beləliklə, bir il ərzində dövlət istiqrazları üzrə borc təxminən 6 trilyon dollar artıb.
Ölkələr üzrə adambaşına düşən dövlət borcu aşağıdakı kimi olub:
ABŞ – 113 348 dollar
Yaponiya – 110 667 dollar
İtaliya – 94 002 dollar
Belçika – 82 089 dollar
Fransa – 75 208 dollar
Kanada – 74 260 dollar
Yunanıstan – 73 078 dollar
Norveç – 68 009 dollar
İspaniya – 64 457 dollar
Avstriya – 64 298 dollar
Böyük Britaniya – 61 712 dollar
Finlandiya – 59 294 dollar
İslandiya – 55 663 dollar
İrlandiya – 54 878 dollar
Lüksemburq – 50 673 dollar
Portuqaliya – 50 037 dollar
Almaniya – 47 619 dollar
Avstraliya – 46 042 dollar
İsveçrə – 42 686 dollar
İsrail – 42 219 dollar
Niderland – 42 114 dollar
Macarıstan – 40 668 dollar
Sloveniya – 40 538 dollar
Polşa – 39 067 dollar
Xorvatiya – 38 374 dollar
İsveç – 36 078 dollar
Rumıniya – 35 920 dollar
Yeni Zelandiya – 35 217 dollar
Slovakiya – 33 608 dollar
Çexiya – 30 448 dollar
Cənubi Koreya – 29 590 dollar
Danimarka – 29 078 dollar
Latviya – 26 603 dollar
Litva – 23 323 dollar
Estoniya – 17 707 dollar
Çili – 17 705 dollar
Meksika – 16 187 dollar
Bolqarıstan – 13 684 dollar
Türkiyə – 11 812 dollar


Məlumat üçün bildirək ki, bu ilin əvvəlinə Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib. Borc məbləği 2025-ci il üzrə 129 milyard manat həcmində faktiki ÜDM-in 20,1 faizinə bərabər olub. Dövlət borcunun 8 milyard 183 milyon manatı (4 milyard 813,5 milyon dollar) və ya 31,5 faizi xarici dövlət borcunun, 17 milyard 804,5 milyon manatı və ya 68,5 faizi isə daxili dövlət borcunun payına düşür. Hər bir Azərbaycan vətəndaşına düşən dövlət borcu isə 2 533 manat (1 490 dollar) təşkil edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top