
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz