
Azərbaycan millisi yoldaşlıq oyununda Tacikistan millisi ilə yoldaşlıq görüşü keçirib.
Yeniavaz.com xəbər verir ki, oyun “Palms Sports Arena”da baş tutub.
Qarşılaşma milimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.
Oyunu Moldovadan olan FIFA referisi Roman Jitar idarə edib. Komandalar aşağıdakı heyətlərdə meydana çıxıb:
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev 21. Rəhim Sadıxov 22. Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov
Tacikistan: 23 Baklov, 20 Karamatullozada, 6 Hanonov, 2 Z. Cüraboyev, 3 İslomov, 18 Şukurov, 15 Mabatşoyev, 7 Umarbayev, 10 Cəlilov, 5 İrqaşev, 9 Soirov.
Baş məşqçi: İqor Anqelovski
Qeyd edək ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz