
ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna münaqişəsinin həlli və ikitərəfli münasibətləri müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. .
Məlumata görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub və təxminən bir saat davam edib.
Bundan əlavə, tərəflər Yaxın Şərqdə, Cənubi Qafqazda, Latın Amerikası və Karib hövzəsindəki vəziyyəti, eləcə də ilin sonunadək planlaşdırılan "İyirmilər qrupu" tədbirlərinə hazırlığı müzakirə ediblər.
Görüşdə həmçinin, Rusiya-ABŞ münasibətlərinin vəziyyəti, iqtisadi və humanitar əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə vətəndaşlarının təmaslarının sadələşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Görüşün yekunlarına əsasən, tərəflər müzakirə olunan məsələlərlə bağlı Rusiya və ABŞ XİN-ləri arasında təmasları davam etdirmək barədə razılığa gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz