
Ermənistan Türkiyə ilə sərhədlərinin açılmasını səbirsizliklə gözləyir.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən illik Konkordiya Sammitindəki panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, İrəvan hazırda TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir.
“İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq. Biz Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu xidmətinin istifadəyə verilməsini səbirsizliklə gözləyirik. Bu, beynəlxalq logistikanı bütövlükdə dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq və Qərb arasında yeni bir marşrut qazanacaq”, - deyə Ermənistan hökumətinin rəhbəri bildirib.
O, həmçinin, nəticədə, Fars körfəzi ölkələrini Qara dəniz bölgəsi ilə birləşdirən dəmir yolunun açılacağını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz