Tramp Si Cinpinə görə 60 illik protokol qaydasını pozacaq


ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpini Endryus hərbi hava bazasında şəxsən qarşılamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə bu, təxminən 60 ildir riayət olunan diplomatik protokolu pozulması deməkdir.
Nəşr bildirib ki, bu, Con Kennedinin 1962-ci ildə Britaniyanın Baş naziri Harold Makmillanı uçuş-enmə zolağında qarşılamasından sonra ABŞ Ali Baş Komandanının bir dünya liderini şəxsən qarşıladığı ilk hal olacaq".
Nəşr qeyd edib ki, belə bir jest Çin liderinə dərin hörmətin nümayişi məqsədi daşıyacaq.  
Qeyd edək ki, bu, Donald Trampın dünya liderini şəxsən qarşıladığı şəxsən ilk hal deyil. Belə ki,  2025-ci ilin avqust ayında o, Rusiya Prezidenti Vladimir Putini də Ankoricdəki aerodromda  eyni şəkildə qarşılamışdı.
Xatırladaq ki, Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə səfə edəcək.
FT-nin qeyd etdiyi kimi, bu, onun 11 ildən sonra Amerikaya ilk dövlət səfəri olacaq.
Tramp və Si Cinpin sonuncu dəfə 14-15 may tarixlərində Pekində görüşmüşdülər. Tərəflər bu görüşdə çoxsaylı iqtisadi razılaşmalar əldə etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top