
Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük keçid məntəqəsində gömrük əməkdaşları Gürcüstan və xarici vətəndaşların şəxsi əşyalarını, baqajlarını və nəzarətlərində olan nəqliyyat vasitələrini yoxlayan zaman ümumilikdə 325 qram qızıl zinət əşyası aşkar edilblər.
Yeniavaz.com xəbər verir ki, Gürcüstan Vergi Xidmətinin məlumatına görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 66 720 lari (25 min 707 dollar) təşkil edib.
Məlumata əsasən, qanun pozuntusuna yol verən 1 nəfər Gürcüstan vətəndaşı ilə bağlı iş materialları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Digər 5 nəfər əcnəbi isə Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq ümumilikdə 44 964 lari (17 325 dollar) məbləğində cərimələnib.
Məlumat üçün bildirək ki, Gürcüstan qanunvericiliyə görə sərhədi keçən hər kəs qızıl məmulatlarını bəyan etməlidirlər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz