
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla polisi axtarışda olan şəxslərə qarşı əməliyyat keçirib.
Yayılan məlumatda bildirilir ki, əməliyyat zamanı Rusiya hakimiyyət orqanları tərəfindən “Thieves in Law” (“Qanuni oğru”) cinayətkar qruplaşmasının üzvü və “Caniyev” cinayətkar təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən, barəsində G-26 məhdudiyyət kodu olan Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, E.A.-nın polis idarəsindəki istintaq və digər prosedur işləri davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz