Azərbaycanlı sahibkar Gürcüstanda qəzada öldü – Foto


22 sentyabr tarixində Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
Aktual.ge-yə istinadla xəbər verir ki, hadisə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.
Bildirilir ki, qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.
İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

DİGƏR XƏBƏRLƏR

Top