
ABŞ İran limanlarının blokadasını aradan qaldırarsa və hərbi təzyiqi azaldarsa, İran yeddi gün ərzində Hörmüz boğazını aça bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı çəkilməsini istəməyən yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb.
“ABŞ hərbi təzyiqi azaldarsa və İran limanlarının blokadasını aradan qaldırarsa, İran yeddi gün ərzində Hörmüz boğazını aça bilər”, - o, bidirib.
Qeyd edək ki, hazırda Hörmüz boğazından gəmilərin sərbəst keçidi yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz