Bu ərazilərdə işıq olmayacaq


Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top