
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyada genişmiqyaslı hərbi qüvvələr yerləşdirməyə başlayacağını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Biz iki çox böyük hərbi baza tikəcəyik", - deyə o bildirib.
Agentliyin məlumatına görə, bunlardan biri Qrenlandiyanın cənubunda yerləşən Soyuq Müharibə dövründən qalma hərbi bazadır.
Agentlik bildirir ki, söhbət ABŞ-nin 1950-ci illərdəki hərbi bazası olan və Narsarsuaqda yerləşən “Blueie West One” hərbi bazasından gedir.
Bundan əlavə, hazırda Danimarka it xizək patrulunun istifadə etdiyi Qrenlandiyanın şərq sahilindəki Mestersviq bazasında ABŞ hərbi kontingentinin yerləşdirilməsi planlaşdırılır.
Sazişin təfərrüatları açıqlanmayıb. Anonimlik şərti ilə danışan müqavilənin şərtləri ilə tanış olan üç mənbə bildirib ki, sənədin son təfərrüatları yalnız imzalandıqdan sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki, ABŞ, Danimarka və Qrenlandiya sentyabrın 22-də Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsi və təhlükəsizlik məsuliyyətlərinin ABŞ-yə ötürülməsi ilə bağlı saziş imzalayıblar. Mərasimdə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen iştirak ediblər.
Xatırladaq ki, sentyabrın 19-da Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinə nəzarəti Vaşinqtona təhvil vermək barədə razılığa gəldiyini elan edib. O, bildirib ki, ABŞ dərhal adadakı hərbi mövcudluğunu artırmağa başlayacaq və Amerikanın düşmənlərinin orada hərbi bazalar qurmasının qarşısı alınacaq.
Buna baxmayaraq, Danimarka və Qrenlandiya hakimiyyəti adanın suverenliyinin Vaşinqtona verilmədiyini bildrib.
Tətbiqimizi yükləyə bilərsiniz