
Son dörd ildə dünyada 12 yeni münaqişə yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbəri Miryana Spolyariç bildirib.
Bundan əlavə, onun sözlərinə görə, son 15 ildə dünya miqyasında münaqişələrin sayı ikiqat artıb.
Spolyariç qeyd edib ki, münaqişələrin bu cür sıçrayışı ciddi bir problemdir.
“Humanitar nəticələrdən əlavə, biz ciddi iqtisadi nəticələr görürük ki, bu da əksər hallarda dünyanın hər yerindəki insanlara təsir göstərir. Biz həmçinin beynəlxalq ictimaiyyətin vəziyyəti necə deeskalasiya edə biləcəyi ilə bağlı müzakirələrə qayıtmalıyıq”, - deyə o bildirib.
Təşkilat rəhbəri əlavə edib ki, bu problem dünyanın hər bir ölkəsini narahat edir, ona görə də, dünya ortaq bir razılığa gəlməli və beynəlxalq humanitar hüququn bu təfsirinə qayıtmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz