
ABŞ Prezidenti Donald Tramp və Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens Frederik Nilsen təhlükəsizlik məsuliyyətlərinin ABŞ-yə ötürülməsi ilə bağlı saziş imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, imza mərasimi Ağ Evin mətbuat xidməti tərəfindən canlı yayımlanıb.
Sazişin imzalanması hazırda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Qeyd edək ki, Tramp əvvəllər ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi üzərində nəzarətin Vaşinqtona ötürülməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.
O, qeyd etmişdi ki, Amerika tərəfi dərhal Arktika adasında hərbi mövcudluğunu artırmağa başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz