Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzatdı


Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların üç il müddətinə uzadılması barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadla məlumat verib.
Məlumata görə, səfirlər 3000 fiziki və hüquqi şəxsə qarşı sanksiyaları saxlamağa, lakin USM holdinqinin təsisçisi Əlişir Usmanovu və “Alfa Qrup”un təsisçisi Mixail Fridmanı siyahılardan çıxarmağa razılıq veriblər.
Əlişir Usmanov və Mixail Fridmana qarşı məhdudiyyətlərin qaldırılmasını Fransa, Lüksemburq və Slovakiya təklif edilb.  
Daha sonra Xorvatiya və İtaliya da onların təklifini dəstəkləyib.
Agentlik həmçinin qeyd edib ki, sanksiyaların təsdiqlənməsi üçün bütün 27 Aİ ölkəsinin yekdil qərarı tələb olunur.
Agentlik əlavə edib ki, əvvəllər sanksiya tətbiq edilən şəxslərin və təşkilatların siyahıları hər altı aydan bir nəzərdən keçirilir və uzadılırdı.

DİGƏR XƏBƏRLƏR

Top