
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazırdır.
Yeniavaz.com NBC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Ancaq o, hələlik belə bir görüşün planlaşdırılmadığını qeyd edib.
“Biz buna həmişə açığıq, xüsusən də əgər müsbət bir şeyə gətirib çıxarmaq potensialı varsa", - o, bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz