
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan XİN bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiynii bir daha təsdiqləyib.
“Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımırıq”, - Azərbaycan XİN bildirib.
Qeyd edək ki, Cənubi Osetiyada qondarma “prezident seçkiləri” 18 sentyabr 2026-cı ildə keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz