
“Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu MMC (VÖEN – 1703741121) ləğv olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu MMC 2 fevral 2024-cü ildə vergi qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 100 manat olan MMC “Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Bəbir Dilsuz oğludur.
Məlumat üçün bildirək ki, hazırda II Liqada oynayan “Qaradağ-Lökbatan” klubu 4 oyundan sonra 9 xalla 12 komanda arasında 3-cü sırada qərarlaşıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, klub 2008-ci ildən fəaliyyət göstərir. Klubun baş məşqçisi Amit Quluzadədir.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz