
“Fənərbağça”nın malili futbolçusu Dorgeles Nene yanvar ayında klubdan ayrılmaq istədiyini bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu bu qərarı “Fənərbağça”nın “Eyüpspor” üzərində 8:0 hesablı qələbəsindən sonra verib.
Jurnalist Sercan Hamzaoğlu bildirib ki, gənc futbolçu bu istəyini agentinə çatdırıb.
Məlumata görə, Dorgeles Nene yanvar ayında “Fənərbağça”dan ayrılmaq istədiyini açıq şəkildə bildirib.
Qeyd edək ki, 24 yaşlı cinah oyunçusunun hazırkı bazar dəyəri 20 milyon avro qiymətləndirilir. Onun “Fənərbağça” ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.
Nene “Fənərbağça”nın heyətində 44 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz