Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi – Video


Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Əmirov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, onun üzərindən 6 kiloqram yaxın narkotik vasitə aşkarlanıb:
“Faktla bağlı cinayət işi başlanılıb, R.Əmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top