
Dünyanın ən böyük 25 aviaşirkəti açıqlanıb.
Yeniavaz.com “Companiesmarketcap” platformasına istinadən xəbər verir ki, reytinq illik gəlirlər əsasında hazırlanıb.
Məlumatlara əsasən, siyahıya ABŞ-nin “Delta Air Lines” şirkəti başçılıq edir. Şirkətin illik gəliri 68,3 milyard dollar təşkil edib.
İkinci yerdə 62,9 milyard dollar gəlirlə “United Airlines”, üçüncü yerdə isə 56 milyard dollar gəlirlə “American Airlines” qərarlaşıb.
Beləliklə, ABŞ-nin üç böyük aviaşirkətinin ümumi illik gəliri 187 milyard dollardan çox olub.
Reytinqdə Almaniyanın “Lufthansa” şirkəti 47,1 milyard dollar gəlirlə dördüncü yerdə qərarlaşıb. İspaniya və Böyük Britaniyanın aviaşirkətlər qrupunu birləşdirən “International Airlines Group” 39,1 milyard dollar gəlirlə beşinci, “Air France-KLM” isə 36 milyard dollar gəlirlə altıncı olub.
ABŞ-nin “Southwest Airlines” şirkəti 28,9 milyard dollar gəlirlə yeddinci yerdə qərarlaşıb.
Asiya aviaşirkətləri arasında Çin şirkətləri ön sıralarda yer alıb. “China Southern Airlines” 25,3 milyard dollar gəlirlə səkkizinci, “Air China” 23,6 milyard dollarla doqquzuncu, “China Eastern Airlines” isə 19,4 milyard dollarla onuncu olub.
Avropanın aşağı büdcəli aviaşirkətlərinə İrlandiyanın “Ryanair” şirkəti 18,2 milyard dollar gəlirlə liderlik edib.
Dünyanın ən çox gəlir əldə edən 25 aviaşirkəti bunlardır:
“Delta Air Lines” – 68,3 milyard dollar
“United Airlines” – 62,9 milyard dollar
“American Airlines” – 56,0 milyard dollar
“Lufthansa” – 47,1 milyard dollar
“International Consolidated Airlines Group” – 39,1 milyard dollar
“Air France-KLM” – 36,0 milyard dollar
“Southwest Airlines” – 28,9 milyard dollar
“China Southern Airlines” – 25,3 milyard dollar
“Air China” – 23,6 milyard dollar
“China Eastern Airlines” – 19,4 milyard dollar
“Ryanair” – 18,2 milyard dollar
“Korean Air Lines” – 17,8 milyard dollar
“Air Canada” – 16,1 milyard dollar
“Singapore Airlines” – 16,0 milyard dollar
“Qantas Airways” – 15,4 milyard dollar
“Cathay Pacific” – 15,0 milyard dollar
“LATAM” – 15,0 milyard dollar
“Alaska Airlines” – 14,4 milyard dollar
“ANA Holdings” – 14,0 milyard dollar
“easyJet” – 13,6 milyard dollar
“Japan Airlines” – 11,7 milyard dollar
“InterGlobe Aviation (IndiGo)” – 10,0 milyard dollar
“Hainan Airlines” – 9,4 milyard dollar
“Jet2” – 9,3 milyard dollar
“JetBlue” – 9,2 milyard dollar
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz