
Türkiyədə məktəbin yaxınlığında silahlı insident baş verib.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda qeydə alınıb.
Belə ki, İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında naməlum şəxs silahla ətrafa atəş açıb.
Bildirilir ki, hadisə nəticəsində 4 şagird güllə yarası alıb.
Qeyd olunub ki, əraziyə xeyli sayda polis və səhiyyə qrupları cəlb olunub.
Hazırda insidenti törədərək ərazidən qaçan şəxsin tutulması istiqamətində iş aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz