Moskva küçələrindən birinə Rusiyanın Türkiyədə öldürülən səfirinin adı verilib

Moskva küçələrindən birinə Rusiyanın Türkiyədə sui-qəsd nəticəsində öldürülən səfiri Andrey Karlovun adı verilib. “Lent.ru” xəbər verir ki, Moskva hökuməti bununla bağlı qərar qəbul edib. Məlumata görə, A.Karlovun adını daşıyan küçə Rusiya Xarici İşlər Nazirliyi əməkdaşlarının yaşadığı məhəlləyə yaxın ərazidə yerləşir. Xatırladaq ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərginin açılışında çıxış edərkən keçmiş polis əməkdaşı Mövlud Mert Altıntaş tərəfindən qətlə yetirilib. Qeyd edək ki, Ankaradakı küçələrdən birinə və səfir qətlə yetirilən sərgiyə Andrey Karlovun adı verilib.Report

DİGƏR XƏBƏRLƏR

Top