Tələbənin burun əməliyyatı zamanı dünyasını dəyişdiyi bildirilir


Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasının III kurs tələbəsi Fidan Abbaslının dünyasını dəyişdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Aztəhsil” məlumat yayıb.
Yaxınları onun rinoplastika əməliyyatı (burun əməliyyatı) zamanı dünyasını dəyişdiyini bildirir.
Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.

DİGƏR XƏBƏRLƏR

Top