
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə uzunmüddətli müharibəyə hazırdır”.
Yeniavaz.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mühəbbi deyib.
“Müharibə davam edir və İslam İnqilabı Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazırdır. Əvvəllər də hazırlıq olmuşdu, indi isə uzunmüddətli müharibəyə daha yaxşı hazırlaşmışıq”, - deyə Mühəbbi bildirib.
O, mövcud vəziyyəti ABŞ üçün tarixi və utancverici məğlubiyyət adlandıraraq, Vaşinqtonun bir sıra sahələrdə strateji uğursuzluqlara məruz qaldığını iddia edib:
“Bu, xüsusilə Hörmüz boğazının yenidən açılmaması, bölgədəki hərbi bazaların və kəşfiyyat obyektlərinin zəifliyi, eləcə də Amerika hərbi texnikasının İranın imkanlarına qarşı səmərəsizliyi ilə bağlıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz