Bu kənd Böyük Britaniyadan ayrılmaq üçün referendum keçirəcək – Məqsəd ABŞ-yə qoşulmaqdır


İngiltərədəki bir kəndin sakinləri hökumətin kəndlərinin yaxınlığında qanunsuz immiqrantlar üçün saxlama mərkəzi açmaq planlarına etiraz olaraq Böyük Britaniyadan ayrılmaq üçün simvolik referendum keçirməyi nəzərdən keçirirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət şərqi Suffolkda yerləşən və 600-dən bir qədər çox əhalisi olan Barnem kəndindən  gedir.
Hökumət sığınacaq axtaranlar üçün mümkün yer kimi yaxınlıqdakı Hərbi Hava Qüvvələri bazasını nəzərdən keçirir.
Barnem əhalisi Oksfordşirdəki Piddinqton kənd sakinlərinin oxşar bir hərəkətindən ilhamlanıb. Belə ki, piddinqtonlular Londondan ayrılmaq üçün keçirilən referendumda 26 səsə qarşı 285 səs veriblər.
İndi Barnem kəndi də Piddinqton kəndinin bu nümunəsini təkrar edə bilər.
Qeyd edək ki, sentyabrın 20-də Piddinqton kənd şurasının sədri Tim Maknelli Britaniyadan ayrılmağa səs verən kənd sakinlərinin rəsmi olaraq ABŞ Prezidenti Donald Trampa müraciət edərək Birləşmiş Ştatlara qoşulmaq istədiklərini bildirib. O həmçinin bildirib ki, bu müraciət hakimiyyətin yaşayış məntəqəsinin kənarında 1250 qaçqını yerləşdirmək planı reallaşacağı təqdirdə göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top