Süni İntellekt Qüvvələrinin yaradıldığını elan etdi


ABŞ Prezidenti Donald Tramp ilk prezidentlik müddətində yaradılan Kosmik Qüvvələrə bənzər Süni İntellekt Qüvvələrinin yaradıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Mən böyük uğur qazanan Kosmik Qüvvələr yaratdığım kimi, Süni İntellekt Qüvvələri də yaradıram”, - o qeyd edib.
Tramp tezliklə yeni qüvvələrin rəhbərini elan edəcəyini bildirib.
Ağ Ev rəhbəri süni intellekti yeni sənaye inqilabı adlandırıb və onun hesablamalarına görə, bu, ABŞ ÜDM-nin 25%-ə qədərini təşkil edə bilər.
Tramp qeyd edib ki, ABŞ süni intellekt sahəsində Çin və digər ölkələrdən öndədir və bu üstünlüyü qorumaq niyyətindədir.
Lakin o, bunun ABŞ Silahlı Qüvvələrinin yeni bir qolunun, yoxsa başqa bir hökumət strukturunun yaradılmasını əhatə edib-etməyəcəyini dəqiqləşdirməyib.

DİGƏR XƏBƏRLƏR

Top