Yeni təmir edilmişdi – Yenə çökdü + Video


Bir müddət əvvəl 8 Noyabr prospektində çökən yol təmir olunsa da, təmir olunan o hissə yenidən çöküb.
Yeniavaz.com
“Xəzər TV”yə istinadla xəbər verir ki, həmin yolda yenidən dəliklər əmələ gəlib.
Hətta yolun əsas hərəkət hissəsində bir necə yerdən yeni asfalt qatının vurulduğu yerlər də çöküb.
Yolla bərabər səkinin ətrafıdakı daşlar da qoparaq tökülüb.
Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər.
Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, hazırda həmin ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır.
Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.
Daha ətraflı videomaterialda:

DİGƏR XƏBƏRLƏR

Top