
İran aviaşirkətləri sentyabrın 23-dən etibarən uçuşlarını həyata keçirə bilməyəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına verdiyi müsahibədə bildirib.
“İranın bütün aviaşirkətləri sentyabrın 23-də dünya üzrə uçuşları dayandıracaq. Bunu necə edəcəyimizi bilirsinizmi? Əgər onlar eniş etsələr, onlara yanacaq, minik xidmətləri və ya biletlər verilməyəcək. Əks halda, siz dollar sistemindən kənarlaşdırılacaqsınız”, - deyə nazir bildirib.
Bessent həmçinin bildirib ki, ABŞ İran aviaşirkətləri ilə kimin işlədiyini bilir.
Qeyd edək ki, avqustun sonlarında ABŞ İrana qarşı iqtisadi əməliyyata başlayıb. Bununla Vaşinqton Tehranın gəlir mənbələrini kəsmək niyyətindədir və İran neftinin alınması və daşınması da daxil olmaqla, İranla əməkdaşlığı davam etdirən üçüncü tərəflərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilə biləir.
Tətbiqimizi yükləyə bilərsiniz