30 dollara almışdı: 250 min dollara olduğunu öyrəndi


ABŞ-nin Miçiqan ştatındakı əmlak satışından 30 dollara alınan rəsm əsəri məşhur sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əsəri olduğu məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.
Məlumata görə, rəsmin aşağı sol küncündəki “Abercrombie, '51” imzası və tarixi alıcının diqqətini cəlb edib.
Daha sonra o, Miluokidə keçirilən rəssamın əsərlərinə həsr olunmuş “Gertruda Aberkrombi: Bütün Dünya Bir Sirrdir” sərgisində eyni rəsmin orijinal çərçivədəki fotoşəklini görüb.
Alıcı daha sonra əsəri Aberkrombinin əsərləri üzrə aparıcı mütəxəssislərdən biri olan incəsənət tarixçisi Syuzan Vayninqerə göstərib.
O, rəsmin həqiqətən də rəssam tərəfindən 1951-ci ildə çəkildiyini təsdiq edib.
“Alderman Merriamın Balıqqulaqları” (Alderman Merriam's Shells) adlı rəsm əsərində Çikaqo Şəhər Şurasının üzvü Robert Merriamın kolleksiyasından dəniz balıqqulaqları təsvir olunub.
Mütəxəssislər həmçinin əsərin tarixçəsini də müəyyən edə biliblər.
Belə ki, 1952-ci ildə Aberkrombi rəsmi tibbi prosedur üçün ödəniş olaraq Miçiqan  ştatının Kalamazu şəhərindən həkim Con Reynoldsa verib.
Bundan sonra əsər təxminən 75 il həkimin ailəsində qalıb.
Rəsm indi “Freeman's” hərrac evində satışa çıxarılıb. Onun təxmini qiyməti 150 000-250 000 dollar arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top