
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletləri satışa çıxardığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, azarkeşlər bir bilet əldə etməklə komandanın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını canlı izləyə biləcəklər.
Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.
Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilir.
Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.
Qeyd edək ki, “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz