
ABŞ hücumları bərpa olunarsa, İran silahlı qüvvələri əvvəllər hücuma məruz qalmamış Amerika hədəflərinə yeni silahlardan istifadə edərək, zərbə endirəcək.
Yeniavaz.com “Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohebi bildirib.
“Biz döyüş meydanına yeni imkanlara malik yeni silahlarla çıxacağıq. Hədəflərimiz də artıq əvvəlki kimi olmayacaq”, - Mohebi qeyd edib.
Mohebi həmçinin dəyişikliklərin müharibənin coğrafiyasına, istifadə olunan silahlara və istifadə olunan hərbi texnikaya təsir edəcəyini bildirib.
Qeyd edək ki, bir gün əvvəl İran Silahlı Qüvvələrinin” Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-nin yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı barədə məlumatlar olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz