
Çin Xalq Respublikasının Prezidenti Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-yə dövlət səfəri edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi saytında məlumat yayıb.
Məlumata görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-də səfərdə olacaq.
Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi Si Cinpin və Tramp arasında keçiriləcək görüşlərin mövzularını elan edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun bildirib ki, liderlər ikitərəfli münasibətləri və qlobal sülh və inkişafla bağlı vacib məsələləri müzakirə etmək niyyətindədirlər.
Bu səfərdən əvvəl ABŞ və Çin nümayəndə heyətləri Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər. Bundan məqsəd ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Vaşinqtonda uğurlu sammitin keçirilməsi üçün zəmin yaratmaqdır. Digər tərəfdən, iki ölkə arasında yeni yaradılmış Ticarət Şurası Vaşinqton və Pekinin əlverişli şərtlərlə ticarət edə biləcəyi mal kateqoriyalarının müəyyənləşdirilməsinə diqqət yetirəcək. Bu, Çin tərəfində bunlar istehlak malları və aşağı texnologiyalı məhsullar, Amerika tərəfində isə enerji məhsulları, kənd təsərrüfatı məhsulları, potensial tibbi avadanlıqlar və oxşar məhsullar ola bilər.
Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək ABŞ-də səfərdə olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz