Sabah paytaxtın bəzi ərazilərində qaz kəsiləcək


Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top