
Sudanın şimal-şərqində qızıl mədəninin çökməsi nəticəsində ən azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki ucqar Oni bölgəsində baş verib.
Yerli hakimiyyət orqanları bildirib ki, dağıntılar altında qalanların axtarışı aparılır.
Şahidlərin sözlərinə görə, çökmə şənbə axşamı başlayıb.
Dövlətə məxsus “Sudan Mineral Resources Co” şirkətinin nümayəndəsi bazar günü 11 cəsədin tapıldığını və 30 nəfərin xilas edildiyini açıqlayıb.
Qeyd edək ki, bu, Sudanın qızıl mədənlərində bir həftə ərzində baş verən ikinci böyük çökmədir. Bundan əvvəl, 13 sentyabrda ölkənin qərbində baş verən bir sıra mədən çökmələrində ən azı 82 nəfər həlak olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz