
“Araz-Naxçıvan” klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi vəzifəsinə təyin edilmişdi.
Hazırda “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncusudur. Klub 6 oyuna cəmi 2 xal toplaya bilib.
Tətbiqimizi yükləyə bilərsiniz