CNN, MSNOW və “Politico” Ağ Evi məhkəməyə verdi – Trampın qərarına görə


ABŞ-nin CNN, MSNOW və “Politico” media qurumları Ağ Evin jurnalistlərini dərc etdikləri materiallardan narazı qaldığı üçün akkreditasiyadan məhrum etməsindən sonra ABŞ administrasiyasını məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə üç media qurumunun birgə bəyanatında qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də CNN, MSNOW və “Politico”nun Ağ Evdə fəaliyyətini qadağan edərək onları “saxta xəbərlər” yaymaqda ittiham edib. Ertəsi gün isə jurnalistlərin Ağ Evə girişinə qadağa qoyulub, onların müvafiq vəsiqələri ləğv edilib və ya əllərindən alınıb.
“Bu səhər hökumətə Konstitusiyanın Birinci Düzəlişi ilə təmin edilən hüquqlarımızı qorumaq üçün məhkəməyə müraciət etdiyimizi bildirdik. Hakimiyyətin mətbuatın nəyi dərc edəcəyinə və ya işıqlandıracağına qərar verməməli olduğu prinsipini bir daha təsdiqləyirik”, - deyə media qurumlarının bəyanatında qeyd olunub.
Media qurumlarının bildirdiyinə görə, Ağ Ev əvvəlcədən xəbərdarlıq etmədən və lazımi prosedurlara əməl etmədən, onların yaydığı materiallardan narazı olduğu üçün jurnalistlərini akkreditasiyadan məhrum edib. CNN, MSNOW və “Politico” vurğulayır ki, belə bir addım mətbuat azadlığı üçün təhlükə yaradır və cəmiyyətin müstəqil jurnalistikaya çıxış hüququnu zədələyir.

DİGƏR XƏBƏRLƏR

Top