
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Sumqayıt şəhərində küçə və prospektlərdə asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması ilə bağlıdır.
Bildirilir ki, görüləcək işlər üçün 1 milyon 482 min 292 manat 40 qəpik vəsait ayrılıb.
Qeyd edək ki, təmir işləri şəhərin Sülh prospektində, Zəngəzur, Sahib Qarayev, Bədəlbəyli, Üzeyir Hacıbəyov küçələrində, həmçinin Corat bağları 4 nömrəli marşrutun və Xəzri 2 bağları 55 nömrəli marşrutun yolunda görüləcək.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz