
İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “Google” şirkətini istifadəçilərin yer məlumatlarını emal edərkən məlumatların qorunması qaydalarını pozduğuna görə 403 milyon avro cərimələyib.
Yeniavaz.com RTE-yə istinadən xəbər verir ki, məlumatların qorunması qaydaları yer məlumatlarının qanuni, ədalətli və şəffaf şəkildə emal edilməsini tələb edir.
DPC-nin araşdırması zamanı “Google”un istifadəçilərin yer məlumatlarından necə istifadə etdiyi ilə bağlı pozuntular aşkar edilib. Bildirilir ki, bəzi istifadəçilər yer məlumatlarının reklamların göstərilməsi və onların maraqlarının müəyyənləşdirilməsi məqsədilə istifadə olunduğundan xəbərsiz ola bilərdilər.
Komissiyanın fikrincə, bu vəziyyət istifadəçilərin şəxsi məlumatları üzərində nəzarət imkanlarını məhdudlaşdıra bilərdi.
Araşdırma 2020-ci ilin fevralında bir neçə Avropa istehlakçı hüquqlarının müdafiəsi təşkilatının “Google”un müəyyən xidmət və məhsullarla əlaqəli yer məlumatlarını idarə etməsi ilə bağlı şikayətlərindən sonra başlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz