Kadırov səslərin 99,85%-ni toplayaraq yenidən Çeçenistanın rəhbəri seçilib


Rusiya Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, Ramzan Kadırov Rusiya Dövlət Dumasına seçkilərlə eyni vaxtda keçirilən Çeçenistan Respublikasının başçısı seçkilərində səslərin 99,85%-ni toplayaraq qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, seçkilərdən bir gün sonra, 21 sentyabrda dərc olunmuş rəsmi məlumatlara görə, Vahid Rusiya namizədi Ramzan Kadırovun rəqibləri, Ədalətli Rusiya partiyası və Kommunist Partiyasının namizədləri İsmayıl Denilxanov və Xalid Nakayev 0,05-0,05% səs toplayıblar.
Kadırov 99,85% səslə 2021-ci il seçkilərində qeydə alınan rekordu (99,7%) yeniləyib.
Qeyd edək ki, Dövlət Duması seçkilərindən əlavə (18-20 sentyabr) Rusiyada 8 bölgənin rəhbərləri üçün birbaşa seçkilər keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top