
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur:
“Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə etmək olar”.
Tətbiqimizi yükləyə bilərsiniz