
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah – sentyabrın 22-də Nyu-Yorka yola düşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi məlumat yayıb.
O bildirib ki, prezidentin çərşənbə günü Baş Assambleyada çıxışı planlaşdırılır:
“O, səfər zamanı bəzi dövlət başçıları və assambleyada iştirak edən ölkələrin rəsmiləri ilə də görüşüb danışıqlar aparacaq. Prezidentin Nyu-Yorkdakı cədvəlinə ABŞ-də yaşayan tanınmış iranlılarla görüş, eləcə də Amerika ziyalıları və beyin mərkəzləri ilə müzakirələr daxildir”.
Abbasi qeyd edib ki, Prezident Pezeşkianı xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla yüksək vəzifəli İran nümayəndə heyəti müşayiət edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz