Bu malikanə “faktiki olaraq hədiyyə olunur” – Satış elanında belə yazılıb


Bakıda içərisində qapalı hovuz, SPA və istirahət sahələri olan malikanə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, 12 milyon manat qiymət qoyulan əmlak öz nəhəngliyi və əzəməti ilə diqqət çəkir.
Qeyd edək ki, tikili paytaxtın mərkəzində – Nəsimi rayonu, Tbilisi prospektində, “Avropa” otelinin arxasında yerləşir.
Malikanə 35 sot ərazidə tikilib, 7 otaqlıdır. Tikilinin sahəsi isə 1500 kvadratmetrdir.
Elanda bildirilir ki, satış qiyməti yalnız 35 sot torpaq sahəsinin bazar dəyərinə əsasən hesablanıb: “1500 kvadratmetr sahəyə malik möhtəşəm malikanə isə faktiki olaraq hədiyyə olunur”.
Qeyd edək ki, daha əvvəl sözügedən malikanənin Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, hazırda barəsində dövlətə xəyanət ittihamı ilə bağlı cinayət işi açılan Ramiz Mehdiyevə məxsus olması barədə iddialar yayılmış, Mehdiyevin özü isə bu iddiaları təkzib etmişdi.







Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top