
Ölkənin aprıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC (VÖEN – 1403978011) fəaliyyətinə xitam verilərək “Bless” MMC-yə (VÖEN – 1700786011) qoşulduğunu elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkəti olub.
“Lu-Mun Holdinq”in balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC (“Mərcan” brendi), ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və qızılgüllər istehsalı sahəsində “Azerbaijan Flowers Company” MMC kimi törəmə müəssisələri mövcud olub.
Qeyd edək ki, “Lu-Mun Holdinq” MMC-nin qoşulması nəticəsində yenidən təşkil olunan “Bless” MMC ölkənin aparıcı banklarında olan “Paşa Bank”ın əsas səhmadarlarından biridir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz